...

Avroparlamentari: Azərbaycanla Aİ arasında hərtərəfli saziş tam dəstəyə layiqdir

Nəzər nöqtəsi Materials 23 Yanvar 2018 12:40 (UTC +04:00)
Azərbaycan bir çox istiqamətlərdə Avropa İttifaqının strateji tərəfdaşıdır.
Avroparlamentari: Azərbaycanla Aİ arasında hərtərəfli saziş tam dəstəyə layiqdir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan bir çox istiqamətlərdə Avropa İttifaqının (Aİ) strateji tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin iclasında çexiyalı avroparlamentari Yan Zahradil deyib.

Azərbaycanla Aİ arasında hərtərəfli saziş barəsində danışan Y.Zahradil bildirib ki, bu sənəd tam dəstəyə layiqdir.

O həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mürəkkəb vəziyyətini də qeyd edib: “Gəlin, səmimi olaq. Bu ölkəyə qarşı hər zaman ədalətlə yanaşmayıblar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti