...

Cahangir Məmmədli: Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır

Nəzər nöqtəsi Materials 10 Mart 2018 11:52 (UTC +04:00)
Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır.
Cahangir Məmmədli: Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Jurnalistlər bu cür insanlara qarşı mübarizə aparmalıdırlar.

Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib.

C.Məmmədli qeyd edib ki, Azərbaycan jurnalistinin vətəndaşlıq mövqeyi vacibdir: “Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onlara üzümü tutub deyirəm. Kimlərinsə diktəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını belə insanlara qarşı mübarizə aparmağa çağırıram. Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır”.

O, Azərbaycanda mediaya dövlət dəstəyinin göstərildiyini, mətbuatın maddi-texniki bazasının gücləndiyini vurğulayıb: "Ölkəmizdə azad mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti