...

Hikmət Babaoğlu: Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib

Nəzər nöqtəsi Materials 21 Mart 2018 19:16 (UTC +04:00)
Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib
Hikmət Babaoğlu: Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu, xüsusi məqsədə xidmət etməklə milli-mənəvi dəyərlərimizə qarşı yönəlib: "Seçki prosesi mərhələsində belə qüvvələrin fəallaşması da təsadüfi deyil. Çünki seçki mədəniyyəti siyasi mədəniyyətin mühüm tərkib hissəsi olmaqla həm də ümumi mədəniyyətimizin keyfiyyətini müəyyənləşdirir. Ona görə də seçki ilində siyasi dəyərlərimizin və mədəniyyətimizin hədəfə alınması, ictimai nüfuz sahiblərinin, mühüm dövlət məmurlarının gözdən salınması, onların fikirlərinin təhrif edilməsi təsadüfi deyil".

Deputat qeyd edib ki, xaricdə yaşayan və anti-azərbaycançı mərkəzlərin şər ruporuna çevrilən bir qrup insan bu üsulla ölkəmizdə sivil siyasi mübarizənin olmadığını qlobal ictimai rəyə təqdim etmək istəyirlər:

"Bu isə milli maraqlarımıza ziddir. Elə bu günlərdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Ə.Həsənov da bu məsələni diqqətə çəkərək bir qrup insanın xaricdə milli maraqlarımıza zidd hərəkət etdiyini və bunun planlı şəkildə həyata keçirildiyini söyləmişdi. Görünür, hədəfi düzgün göstərdiyinə görə Ə.Həsənovun obyektiv və milli maraqlarımız baxımından tamamilə haqlı olan fikirlərini elə həmin xaricdəki "ideoloji təxribat" qrupu manipulyasiya etməyə başladı. Məsələ xaricdə yaşayan bütün azərbaycanlıların mənafeyinə zidd kimi təqdim olundu".

H.Babaoğlu vurğulayıb ki, məqsəd isə kütləvi narazılıq yaratmaq cəhdi idi:

"Ancaq həqiqət bu idi ki, Ə.Həsənov sadəcə bir qrup anti-azərbaycançı ünsürlərdən danışmışdı. Əlbəttə, Azərbaycandan kənarda yaşayan çoxsaylı vətənpərvər və intellektual azərbaycanlılar həqiqətin nə olduğunu dəqiq bilirlər. Ona görə də islamofob marginalların qaralama kampaniyasına əsla inanmırlar. Nəticədə bu marginallar özlərini bir daha ifşa etməklə kimə xidmət etdiklərini göstərmiş oldular və yenidən ictimai qınaq obyektinə çevrildilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti