...

Deputat: Prezident İlham Əliyev bütün məqamlarda Azərbaycan vətəndaşları ilə bir yerdədir, onları tək qoymur

Nəzər nöqtəsi Materials 8 Fevral 2019 17:57 (UTC +04:00)
Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxıya səfəri bir daha onu göstərir ki, dövlət başçısı bütün məqamlarda Azərbaycan vətəndaşları ilə bir yerdədir, heç zaman vətəndaşlarımızı tək qoymur.
Deputat: Prezident İlham Əliyev bütün məqamlarda Azərbaycan vətəndaşları ilə bir yerdədir, onları tək qoymur

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxıya səfəri bir daha onu göstərir ki, dövlət başçısı bütün məqamlarda Azərbaycan vətəndaşları ilə bir yerdədir, heç zaman vətəndaşlarımızı tək qoymur. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan Prezidenti vətəndaşları narahat edən məsələlərə dərhal reaksiya verir, onların problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verir:

“Vətəndaş da rahatdır, çünki bilir ki, ölkə rəhbəri həmişə onun yanındadır. Azərbaycanda möhkəm prezident-vətəndaş birliyi yaranıb və bu birliyin çox gözəl nümunəsini biz Şamaxıda gördük. Cənab Prezidentin Şamaxıya səfər etməsi, insanlarla səmimi söhbətləri və zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hökumətə müvafiq tapşırıqlar verməsi, vəsait ayırması dövlət başçısının vətəndaşa nə qədər böyük önəm verdiyini göstərir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir”.

Deputat qeyd edib ki, təbii fəlakətlər başqa ölkələrdə də baş verir: “Lakin heç bir ölkədə belə hadisələrə Prezident İlham Əliyev qədər həssaslıqla yanaşmırlar. Dövlətimizin başçısı xalqına hörmətini və məhəbbətini bir daha nümayiş etdirdi. Azərbaycan vətəndaşı da eyni qaydada prezidentlə birgədir. Baş verən hadisələrin qarşısı da bu birlik və səmimiyyət sayəsində dərhal alınır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti