...

"Eurovision" müsabiqəsinin milli seçim turunda iştirak üçün 80-ə yaxın sənəd verilib

Eurovision-2012 Materials 24 Oktyabr 2011 17:27 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçirdiyi milli seçim turunda iştirak etmək üçün artıq 80-ə yaxın nəfər sənəd verib.
"Eurovision" müsabiqəsinin milli seçim turunda iştirak üçün 80-ə yaxın sənəd verilib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçirdiyi milli seçim turunda iştirak etmək üçün artıq 80-ə yaxın nəfər sənəd verib.

İTV-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, milli seçim turu oktyabrın 15-dən başlayıb. Hazırda milli seçimlərə sənəd qəbulu davam edir. Sənəd qəbulu sabah yekunlaşacaq.

Milli seçimlərdə iştirak üçün yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Müsabiqə tam olaraq "Eurovision" mahnı müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq.

Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti