...

Belarus Milli Dövlət Televiziyasının nümayəndələri Bakıda səfərdədir

Eurovision-2012 Materials 25 Yanvar 2012 08:16 (UTC +04:00)
Qonaqlar Bakıda «Eurovision-2012»-nin simvolik açarının təqdimetmə mərasimində iştirak edəcəklər.
Belarus Milli Dövlət Televiziyasının nümayəndələri Bakıda səfərdədir

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Belarus Milli Dövlət Televiziyasının nümayəndələri Bakıda səfərdədir. Bu barədə Trend İctimai Televiziyanın rəsmi saytına istinadən xəbər yayıb.

Qonaqlar Bakıda "Eurovision-2012"-nin simvolik açarının təqdimetmə mərasimində iştirak edəcəklər.

Səfər çərçivəsində nümayədə heyəti İctimai Televiziyada olub. Belarus Milli Dövlət Televiziyası sədrinin müavini Marat Markov İTV ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib:

"Yanvarın 25-də Eurovision-2012 mahnı müsabiqəsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra tədbirlər keçiriləcək. Azərbaycanda olmaqdan və bu möhtəşəm şounu canlı izləcəyimizdən əlbətdəki məmnunuq Belurasda bu müsabiqəyə böyük önəm verilir. Artıq indidən hər kəs mayda Bakıda keçiriləcək müsabiqənin necə olacağını səbirsizliklə gözləyir. Əminəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu manhı müsabiqəsi qeyri-adiliyi və möhtəşəmliyi ili yadda qalacaq. Hazırda biz 5 finalçını müəyyən etmişik. Onlardan kimin Bakı səhnəsinə çıxacağı isə yaxın vaxtlarda məlum olacaq.

Azərbaycanın İctimai kanalı ilə əməkdaşlığa gəldikdə isə onu vurğulamaq istərdim ki, bu bizim marağımızdadır. Biz ölkələrimizin mədəniyyəti, tarixi və bu günki inkişafına dair filmlərin çəkilməsini planlaşdırırıq. Bundan başqa isə bu günədək televiziyalarımız arasında 3 telekörpü reallaşdırılıb. Bu iş gələcəkdə də davam etdiriləcək."

Xəbər lenti

Xəbər lenti