...

"Bakıelektrikşəbəkə" ASC "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı planlarını açıqlayıb

Eurovision-2012 Materials 14 May 2012 14:30 (UTC +04:00)
"Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı elektrik enerjisi təchizatının yüksək səviyyədə təşkil olunmasına yönələn əlavə tədbirlərlə əlaqədar mayın 12-də "Bakıelektrikşəbəkə" ASC-də növbəti toplantı keçirilib.
"Bakıelektrikşəbəkə" ASC "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı planlarını açıqlayıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/

"Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı elektrik enerjisi təchizatının yüksək səviyyədə təşkil olunmasına yönələn əlavə tədbirlərlə əlaqədar mayın 12-də "Bakıelektrikşəbəkə" ASC-də növbəti toplantı keçirilib. Bu barədə bazar ertəsi Trend-ə "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Eurovision - 2012" beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması məqsədi ilə müsabiqənin keçiriləcəyi "Büllur Saray" və konfrans zalının, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanının, Dəmir Yol Vağzalının, H.Əliyev adına İdman və Konsert Kompleksinin, Əl Oyunları Sarayının, Bakı Biznes Mərkəzinin, Dənizkənarı Milli Parkın və "İçərişəhər" Dövlət Tarixi - Memarlıq Qoruğu ərazilərinin, muzeylərin, küçə, park və fəvvarələrin, binaların fasad işıqlandırılmasının, habelə həmin tədbirlərlə əlaqədar Bakı şəhərinə gələn xarici qonaqların yerləşdirilməsi nəzərdə tutulan mehmanxanaların, qonaq evlərinin, yaşayış evlərinin, restoranların, barların və digər obyektlərin elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunması üçün məsul şəxslər müəyyən edilməklə Səhmdar Cəmiyyət gücləndirilmiş iş rejimi tətbiq edilib. Səhmdar Cəmiyyətin aidiyyəti strukturları üzrə cavabdeh şəxslər müəyyən olunmuş və sadalanan obyektlər də daxil olmaqla bütün Rayon Enerji Təchizatı və Satışı İdarələrinin istismar sahələri üzrə müvafiq növbətçilik cədvəlləri təsdiq edilmişdir.

Müsabiqənin keçiriləcəyi yerlərin və digər obyektlərin elektrik enerjisi təchizatının birbaşa həyata keçirildiyi "Badamdar", "İçərişəhər", "Liman", "Yeni Bayıl", "Köhnə Bayıl", "Bayraq Meydanı","Dağüstü Park", 203 və 227 saylı yarımstansiyalar tam təftiş edilib, onlarda xidmət göstərən aidiyyəti personalla yanaşı digər xidmətlərin əməkdaşlarından ibarət işçi qrupları yaradılıb və onların adları qeyd olunan yarımstansıyalara təhkim edilmələri haqqında göstəriş verilib. İşçi qruplarının zəruri maşın-mexanizm, xüsusi geyim, müvafiq alət və elektrik avadanlıqları ilə, o cümlədən digər texniki vasitələrlə təchiz olunması təmin edilib.

Qeyd edək ki, şəhərin mərkəzini əhatə edən 110/35 kV-luq yarımstansiyalar SCADA sisteminə goşulmuşdur. Y/s-larda yarana biləcək hər hansı problem bu sistem sayəsində dərhal dispetçer məntəqəsinə ötürülür və operativ müdaxilə etmə imkanı yaradır. Yarana biləcək hər hansı problemlə bağlı Səhmdar Cəmiyyət üzrə fəaliyyət göstərən qaynar xətt 440 29 21 və 199 Qəza xidmətini məlumatlandıra bilər.

Xəbər lenti

Xəbər lenti