Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
Rusiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Buranovskiye babuşki" qrupu "Bakı Kristal Zalı"nda ilk məşqini edib.
Trend-in məlumatına görə, rusiyalı nənələr Bakıda "Eurovision 2012"-də "Party for Everybody" mahnısı ilə çıxış edəcəklər.
Qeyd edək ki, Rusiyanın "Buranovskiye babuşki" qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən cavanının 43, ən yaşlısının isə 76 yaşı var. Qrupun repertuarında ingilis və rus dillərində də mahnılar var. Onlar, həmçinin müxtəlif ölkə hitlərini udmurt dilində ifa edirlər.
Rusiyanı "Eurovision"da təmsil edən nənələr ilk repitisiyasını keçirib (FOTO)
Rusiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Buranovskiye babuşki" qrupu "Bakı Kristal Zalı"nda ilk məşqini edib.
