...

"Eurovision"ın Serbiyadan olan iştirakçısı Bakıya valeh olub

Eurovision-2012 Materials 15 May 2012 14:28 (UTC +04:00)
Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsində iştirak etməkdən məmnunluq duyuram.
"Eurovision"ın Serbiyadan olan iştirakçısı Bakıya valeh olub

Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsində iştirak etməkdən məmnunluq duyuram. Trend-in məlumatına görə, bunu "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Serbiya təmsilçisi Zeljko Yoksimoviç deyib.

Azərbaycan ilə Serbiya arasında vaxt dəyişikliyinə görə bir az yorğun olduğunu deyən müğənni yarışmaya çox gərgin hazırlaşdığını və böyük enerji ilə gəldiyini deyib.

O qeyd edib ki, musiqi sənətinin sirlərinə Belqradın Musiqi Sənəti Universitetində yiyələnib. Müğənni "Bakı Kristal Zalı"nın möthəşəmliyini xüsusi vurğulayaraq burada quraşdırılan böyük səhnə, səs və işıq effekti və digər şəraiti yüksək qiymətləndirdiyini deyib.

Bir çox "Eurovision" mahnı müsabiqələrində iştirak etdiyini qeyd edən Zeljko Yoksimoviç "Bakı Kristal Zalı"nın Avropa səhnələrinin ən öndə gedənlərindən biri olduğunu vurğulayıb.

Bakının təbii gözəllikləri, xalqımızın qonaqpərvərliyi, tolerantlığı, adət-ənənələri və digər özünəməxsus müsbət keyfiyyətləri haqqında xöş sözlər söyləyən serbiyalı təmsilçi paytaxtımıza valeh olduğunu dilə gətirib.

Xəbər lenti

Xəbər lenti