Azərbaycan, Bakı, 17 may / Trend müxbir İ.İsabalayeva/
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı muzey və qoruqların iş saatları uzadılıb. Bu barədə cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Nazirlikdən deyilib ki, mayın 15-dən başlayaraq, Bakıdakı muzey və qoruqlar saat 20:00-dək işləyirlər.
Muzeylər bu qrafiklə mayın 30-dək fəaliyyət göstərəcəklər. Buna qədər isə muzey və qoruqların iş saatları saat 18:00-da başa çatırdı.
Bundan əlavə, müsabiqənin yarımfinal və final günlərində, yəni mayın 22, 24 və 26-da muzey və qoruqlar saat 00:00-dək işləyəcəklər.