...

Səbinə Babyevanın qələbə qazanmaq şansı yüksək qiymətləndirilib

Eurovision-2012 Materials 20 May 2012 20:46 (UTC +04:00)
Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Səbinə Babyeva “Baku Crystal Hall”da ikinci məşqindən sonra ilk mətbuat konfransı keçirib.
Səbinə Babyevanın qələbə qazanmaq şansı yüksək qiymətləndirilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Səbinə Babyeva "Baku Crystal Hall"da ikinci məşqindən sonra ilk mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, konfrans zamanı xarici jurnalistlər Səbinə Babayevanın qələbə qazanmaq şansının yüksək olduğunu deyib.

Polşadan olan jurnalist Səbinə Babayeva sual verərkən qeyd edib ki, Azərbaycanın daha çox qələbə qazanmaq şansı var.

Siz bu qələbəyə hazırsınızmı sualını cavablandırarkən isə Səbinə Babayeva deyib ki, buna çox şad olardı.

Babayeva ikinci məşqində emossiyalarını tamaşaçılarla bölüşməyə çalışdığını deyib. O, Alim Qasımov kimi tanınmış bir muğam ustası ilə işləməkdən zövq aldığını diqqətə çatdırıb.

Milli Seçimlərdə finala çıxdığından çox xoşbəxt olduğunu bildirən Azərbaycan təmsilçisi bunun onun üçün böyük məsuliyyət olduğunu söyləyib. "Düşünürəm ki, özümü sübut etmək üçün bu müsabiqə mənim üçün bir şansdır", - Babayeva deyib

Musiqimizin zənginliyindən və mədəniyyətimiz barədə jurnalistlərə məlumat verən azərbaycanlı təmsilçi Bakı səhnəsində çıxış etməyin böyük xoşbəxtlik olduğunu bildirib.

Mətbuat konfransı zamanı Alim Qasımov bir parça muğam ifa edib və bu, zalda olan yerli və xarici jurnalistlərin böyük alqışlarına səbəb olub.

Xəbər lenti

Xəbər lenti