...

"Buranovskiye babuşki" Azərbaycan mahnısı oxudu

Eurovision-2012 Materials 21 May 2012 12:07 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən Rusiya nümayəndə heyəti Abşeron çimərliyində maraqlı gecə keçirib
"Buranovskiye babuşki" Azərbaycan mahnısı oxudu

Azərbaycan, Bakı, 21 may /Trend/

Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən Rusiya nümayəndə heyəti Abşeron çimərliyində maraqlı gecə keçirib.

Trend-in məlumatına görə, gecənin əsas qəhrəmanları "Buranovskiye babuşki" yenə də hər kəsin marağında idi. Müğənni nənələr nəinki sevimli hitlərini, hətta bir neçə məşhur mahnını da öz dillərində ifa edib. Nənələrin udmurt dilində ifa etdikləri "Şən Azərbaycan" mahnısı da tamaşaçıların marağına səbəb olub. Qrup bu dəfə səhnəyə tam tərkibdə - 8 nəfərlə çıxıb.

Gecənin qonaqları sırasında olan bəstəkar-müğənni Emin Ağalarov və Rusiyanın xalq artisti Oleq Qazmanov da tamaşaçılara öz mahnılarını təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti