...

Xorvatiyanın "Eurovision 2012" təmsilçisi İçərişəhəri çox bəyənib (FOTO)

Eurovision-2012 Materials 21 May 2012 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Xorvatiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Nina Badriç İçərişəhərin xüsusilə xoşuna gəldiyini deyib.

"Bakı çox heyrətamiz şəhərdir, insanları gülərüz və qonaqpərvədir. İçərişəhəri isə çox bəyəndim", - bunu Trend-ə müsahibəsində Xorvatiya təmsilçisi deyib.

O, gələcəkdə repertuarında Azərbaycan mahnılarına da yer ayıracağını bildirib və hətta Azərbaycan müğənillərindən biri ilə birgə mahnı oxuyacağını qeyd edib. Lakin Badriç hələ mahnının adını sirr saxlamağa üstünlük verib.

Badriç "Bakı Kristal Zalı"nda yaradılan şəraitdən və zalın genişliyindən də çox razı qaldığını bildirib. "Zal həqiqətən də geniş imkanlara malikdir. Düşünürəm ki, bu zal gələcəkdə də böyük konsertlərin keçirilməsi üçün əlverişli məkan olacaq", - Xorvatiya təmsilçisi deyib.

Favoritlərindən danışan müğənni yarışmada çoxlu yaxşı ifaçıların və mahnıların olduğunu bildirib. Lakin o, daha çox Böyük Britaniyadan, Fransa, İsveç və digər bir sıra ölkələrdən olan ifaçıları xoşladığını deyib.

"Düşünürəm ki, bu yarışmada güclü mübarizə olacaq. Mən öz mahnımın tamaşaçıların qəlbinə yol tapacağına inanıram, lakin əvvəlcədən bir söz demək çox çətindir, hər şeyi yekunda görəcəyik", - Badriç əlavə edib.

Xəbər lenti

Xəbər lenti