...

"Eurovision 2012" finalçılarının ikinci 10-luğu müəyyənləşib - KİV səsverməsi (FOTO)

Eurovision-2012 Materials 24 May 2012 23:58 (UTC +04:00)
"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı üzrə qeyri-formal səsvermə başa çatıb.
"Eurovision 2012" finalçılarının ikinci 10-luğu müəyyənləşib - KİV səsverməsi (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir V.İmanov/

"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı üzrə qeyri-formal səsvermə başa çatıb. Nəticədə ikinci yarımfinaldan 10 finalçı seçilib.

Trend-in məlumatına görə, səsvermə "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsi və Avropa Yayımları Birliyi (EBU) tərəfindən təşkil edilib. Səsvermədə jurnalistlər, akkreditasiyadan keçmiş fanatlar, habelə müxtəlif ölkələrdən nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Səsvermənin yekunlarına əsasən, finalçıların ikinci 10-luğu aşağıdakı kimidir: Türkiyə, İsveç, Serbiya, Norveç, Ukrayna, Malta, Gürcüstan, Belarus, Makedoniya və Bolqarıstan.

Hər kəs interaktiv səsvermədə yalnız bir dəfə iştirak edə bilər və öz fikrincə, finala çıxacaq hər yarımfinaldan 10 təmsilçiyə səs verir.

"Eurovision" tarixi ərzində ilk dəfə olaraq Azərbaycanda sensor köşk əsasında yeni səsvermə texnologiyasından istifadə edilir.

Xəbər lenti

Xəbər lenti