...

Malta təmsilçisi: "Eurovision" azarkeşləri nə etməli olduqlarını çox yaxşı bilir (FOTO)

Eurovision-2012 Materials 25 May 2012 03:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsinin II yarımfinalında uğur qazanaraq finala addımlayan Malta təmsilçisi Kurt Kalleya ("This Is The Night") xeyli gərgin olub.

"Mən xeyli gərgin idim. Malta bir neçə ildir ki, finalda təmsil olunmurdu. Və biz bu il bunu bacardıq. Malta kiçik ölkədir və həmvətənlərim indi çox sevinclidir", - Trend-in məlumatına görə, bunu Kalleya cümə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib.

Kalleya ən kiçik detala qədər hər şeyi nəzərdən keçirib.

"Ən mühüm məsələ isə mənim mahnımda ifa etdiyim məsələdir: inan, nail olacaqsınız", - o bildirib.

Malta təmsilçisi qeyd edib ki, "Eurovision" azarkeşləri nə etməli olduqlarını çox yaxşı bilirlər.

Malta finalda 21-ci yerdə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti