Ukrayna, Kiev/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna xarici siyasət institutunun eksperti Aleksandr Palı hesab edir ki, əgər Ukraynadakı parlament seçkiləri nəticəsində ,Yuşenkoya qeyri- loyal hökumət yaranarsa, ölkənin xarici siyasət istiqaməti ciddi şəkildə dəyişə bilər.
Növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcək.
"Xarici siyasət - çətin sistemdir və yalnız Xarici Işlər Nazirliyində formalaşmır, iqtisadi və digər mexanizmləri nəzərdə tutur. Bununla belə, istənilən halda, prezident xarici siyasətin rəhbəri olaraq qalır, real iqtisadi səlahiyyətlər isə, hökumətdə.",-deyə Palı bildirib. Ekspertin sözlərinə görə, bu, hökumətə prezidentin siyasətindən fərqli olaraq, öz xarici siyasətlərini yürütməyə imkan verir. "Buna görə də, xarici siyasət üçün bu seçkilər kifayət qədər əhəmiyyətlidir",-deyə o söyləyib.
Ekpert proqnozlaşdırır ki, "narıncı" hökumət yaranacağı təqdirdə, Ukraynanın GUAM və s . regional beynəlxalq təşkilatlara marağı güclənəcək.
Ekspertin fikrincə, Viktor Yanukoviç Moskvadan fövqəladə halda çox böyük "ehtiyatla" xarici siyasət yeridir. Yanukoviçin Moskvadan "asılılığı" fövqəladə şəkildə böyükdür. Bu cür hallarda dövlətin müstəqil ardıcıl siyasət yürütməsi çox çətindir",-deyə o söyləyib.