...

Rusiya politoloqu: "Rusiyanın Gürcustanda baş verən hadisələrdə maraqlı olması barədə danışmaq ağılsızlıqdır"

Dünya xəbərləri Materials 5 Noyabr 2007 18:20 (UTC +04:00)
Rusiya politoloqu: "Rusiyanın Gürcustanda baş verən hadisələrdə maraqlı olması barədə danışmaq ağılsızlıqdır"

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Moskvanın "Din, cəmiyyət və təhlükəsizlik" Karnegi Mərkəzi proqramının rəhbəri, ali iqtisad məktəbinin professoru Aleksey Malaşenko hesab edir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiyanın Gürcüstan müxalifətinin minlərlə insanı əhatə edən mitinqlərində maraqlı olması barədə bəyanatının heç bir əsası yoxdur.

Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifətin Tbilisidə keçirilən etiraz aksiyasını "Rusiya oliqarxiyasının qüvvələri" ilə bağlayıb. Bu barədə dövlət başçısı noyabrın 4-də axşam saatlarında Gürcüstanın İctimai Televiziyasının 1-ci kanalına verdiyi müsahibə zamanı bəyan edib. Prezidentin nitqi Gürcüstanın digər telekanalları tərəfindən də nümayiş olunub.

"Konkret rus oliqarxiya qüvvələri mövcuddur ki, bu qüvvələr Rusiyada seçkilər ərəfəsində Gürcüstanda vəziyyəti korlamaq məqsədilə konkret ölkə və siyasi qüvvə ilə fəaliyyəti koordinasiya edir" - deyə Gürcustan prezidenti bəyan edib. Dövlət başsıçı hansı qüvvəni nəzərdə tutduğunu və bu qüvvənin kim tərəfindən təmsil olunduğunu bildirməyib.

Malaşenkonun fikrincə, hətta Saakaşvil hakimiyyətdən getsə belə, Rusiya-Gürcüstan münasibətləri,çətin ki, dəyişsin, belə ki, Gürcüstan müxalifətinin liderlərindən biri Xairdrava və Badri Patarxatsişvilidir ki, adı çəkilən bu siyasətçilər Moskvaya heç də xoş münasibət bəsləmirlər.

"Saakaşvili belə bir bəyanatla çıxış etməklə bir daha göstərir ki, o, artıq nə siyasətçi, nə də ideoloqdur, çünki daim Rusiyanın əleyhinə fikirlər səsləndirir, bu, gülməlidir" - deyə politollq bilirib.

Politoloqun sözlərinə görə, Saakavili daha orijinal bir şey təkilf edə bilərdi. "Mən deyərdim ki, prezident bir az düzgün olmağa çalışa və deyə bilərdi ki, səbəblərdən biri amerikalılar arasında prezidenti dəstəkləyib-dəstəkləməyəcəkləri barədə fikir ayrılıqları və prezidentin müxalifətlə necə davranmalı olması ilə bağlıdır" - deyə Malaşenko bildirib. Politoloqun sözlərinə görə, "əgər təsadüfən bir möcüzə baş verməzsə, Saakaşvili hakimiyyətdən gedəcək".

Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına gəlincə isə,politoloq bildirib ki, Rusiya Kosovo ilə bağlı həlledici qərarın qəbul edilməsində maraqlı deyil. "Rusiya onsuz da Qərbin arxasınca gecədək, çünki başqa çıxış yolu yoxdur, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması isə, cəfəngiyyatdır" - deyə Malaşenko bildirib. Onun sözlərinə görə, bu ,ən azı, Olimpiya oyunlarında özünü göstərəcək, "insanlarda. az da olsa, insaf olduğu üçün bu yalnız provokasiyadır" - deyə Molskvanın Karnegi Mərkəzinin rəhbəri bildirib.

Malaşenko əmindir ki, Gürcustan müxalifəti təkcə seçkilərin vaxtının dəyişdirilməsini deyil, eyni zamanda, Saakaşvilinin hakimiyyətdən getməsini tələb edir, Gürcustan prezidenti isə, bundan çox qorxur. "O bu vaxta qədər qəhrəman rolunu oynayıb, lakin məğlub olmuş bir insan kimi gedir, o, bunu istəməzdi" - deyə Malaşenko bildirib. Tbilisidə artıq bir neçə gündür ki, parlament seçkilərini gələn ilin payızında deyil, yazında keçirmək tələbi ilə, ölkə müxalifətinin etiraz aksiyaları davam edir. Mitinq iştirakçıları Saakaşvilinin istefasını tələb etməyə başlayıblar.

Xəbər lenti

Xəbər lenti