...

Gürcüstanın prezidenti postu uğrunda 19 nəfər mübarizəni davam etdirir, onların arasında bir azərbaycanlı da var

Dünya xəbərləri Materials 29 Noyabr 2007 12:31 (UTC +04:00)

Gürcüstan / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan MSK-sı Gürcüstan prezidenti postuna üç iddiaçının təşəbbüs qrupunu qeydiyyata almayıb.

MSK-dan verilən məlumata görə, Avtandil Pilauri, Qie Çxikvadze və Giorgi Qaxokidzenin təqdim etdiyi sənədlərin tam olmaması səbəbindən namizədlikləri qeydiyyata alınmayıb.

Bu günə qədər prezidentliyə namizəd qismində 19 nəfər - Mixail Saakaşvili, David Qamkrelidze, Levan Qaçeçiladze, Şalva Natelaşvili, Qiya Maisaşvili, İrina Sarişvili-Çanturiya, Arkadi (Badri) Patarkatsişvili, Giorgi Şervaşidze, Arçil İoseliani, Avtandil Marqiani, Tamaz Bibiluri, Fazil Əliyev, Temur Şaşiaşvili, Giorgi Korqanaşvili, Şalva Kupraşvili, Levan Kidzinidze, Şalva Uertsvadze, Giorgi Qaçeçiladze və Kartlos Qaribaşvili iddia edir.

Dekabrın 5-nə qədər bütün namizədlər 50 min imza toplanmış blankı MSK-a təhvil verməlidir.

Dekabrın 10-na qədər aparılmış yoxlamalar nəticəsində sənəd təqdim etmiş şəxslər Gürcüstan prezidentliyinə namizəd qismində qeydiyyata alınacaqlar.

Xəbər lenti

Xəbər lenti