...

İran rəsmisi Xavyer Solana ilə Cenevrədə görüşəcək

Dünya xəbərləri Materials 11 İyul 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir T.Cəfərov / İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlili və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Xavyer Solana iyulun 19 - da Cenevrədə görüşəcəklər.

Tərəflər müştərək məsələləri müzakirə edəcəklər. Bu barədə İranın "İribnews" xəbər saytı məlumat yayıb.

İranın Milli Təhlükəsizlik Ali Şurasının mətbuat katibi Əhməd Xadimulmele bildirib ki, Cəlili Cenevrəyə Solananın dəvəti ilə gedəcək.

5+1 ölkələri may ayında uranın zənginləşdirilməsinin dayandırılması ilə baglı, İrana təkliflər paketi təqdim edib. Solana mayın sonunda İrana səfəri zamanı ölkə rəsmiləri ilə bu məsələni müzakirə edib. İran alternativ olaraq, 5+1 ölkələrinə öz təkliflərini təqdim edib.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti