...

Tbilisidə hələ ki, sabitlikdir

Dünya xəbərləri Materials 12 Avqust 2008 11:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün səhər saatlarına qədər Tbilisidə vəziyyət sabit olub. Gərginliyin hiss olunmasına baxmayaraq, bütün strukturlar, o cümlədən ictimai nəqliyyat adi iş rejimində işləyir.

Şəhər gecə nə quru qoşunlarının hücumuna, nə də havadan bombardımana məruz qalıb.

Gürcüstan qoşunları paytaxta nəzarət edir.

Çərşənbə axşamı saat 15.00-da Gürcüstan parlamenti qarşısında ümumxalq iclası keçiriləcək. İclas barədə Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən bir gün əvvəl elan olunub. O bildirib ki, bu aksiya bütün dünyaya göstərməlidir ki, "Öz müstəqillik və azadlığının qorunması cəhdlərində bütün Gürcüstan bir yerdədir".

Saat 13.00-a Gürcüstan parlamentinin fövqəladə iclası təyin olunub. Prezident burada çıxış etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti