...

Gürcüstan 230 min ha məhv edilmiş meşə sahəsinə görə Rusiyadan zərərin ödənilməsini tələb edəcək

Dünya xəbərləri Materials 18 Avqust 2008 19:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 avqust/ Trend ,müxbir N.Kirtsxaliya/ Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda yanğın qismən məhdudlaşdırılıb və yanğının yaşayış məntəqələrinə doğru irəliləməsi aradan qaldırılıb. Bu barədə hadisə yerində olan ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri İrakli Qvaladze şənbə günü jurnalistlərə məlumat verib.

"Səhərdən yanğınsöndürənlərin yeni qrupu, yerli əhali və reyncerlər yanğını söndürməyə çalışırlar", - o bildirib. Nazir bildirib ki, bu dəqiqələrdə onlar Türkiyədən xüsusi qarışıq gətirən iki təyyarəni gözləyirlər və bu, yanğınla səmərəli mübarizə aparmağa imkan verəcək.

"Ukrayna və Azərbaycandan təyyarələrin göndərilməsi məsələsi hələ açıqdır, belə ki problemlər yaranıb", - o bildirib.

Qvaladze vurğulayıb ki, artıq ekosid faktı üzrə cinayət işi qaldırılıb. "Biz hazırda yanğının yandırıcı bombaların atılması nəticəsində yaranmasına dair dəlillər toplayırıq və sonra zərərin ödənilməsi üçün Rusiyaya qarşı iddia qaldıracağıq. Bu isə kifayət qədər nəzərə- çarpacaq olacaq, belə ki, 230 min ha meşə sahəsi yanıb", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti