...

RF-nin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarı qəti və dönməzdir - prezident

Dünya xəbərləri Materials 8 Sentyabr 2008 20:53 (UTC +04:00)
RF-nin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarı qəti və dönməzdir - prezident

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqqında qərarı qəti xarakter daşıyır, - Rusiya prezidenti Dmitri Medvedyev Fransa prezidenti Nikolya Sarkozi ilə danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bildirib, - RBK xəbər verir. "Biz özümüzə bu seçimi etmişik və bu qərar qəti və dönməzdir", - o vurğulayıb. Rusiya prezidentinin qiymətləndirməsinə görə, "dövlətin meydana gəlməsi nəzəriyyəsini nəzərə alsaq," müstəqilliyin tanınması haqqında akt beynəlxalq hüquq normalarına uyğun olaraq qəbul edilib. "İki yeni dövlət yaranıb", - Medvedyev xüsusilə qeyd edib. O əlavə edib ki, bu gün Sarkozi ilə keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin Cənubi Osetiya və Abxaziyanı tanıması məsələsi müzakirə edilməyib.

RF prezidenti iki yeni dövlətin tanınması prosesi artıq başladığını vurğulayıb və prosesin sürətlənəcəyinə əminliyini ifadə edib. "Aİ ölkələrinin bu prosesə nə vaxt qoşulacağı onların mövqeyindən asılıdır. Heç bir qərar daimi olmur. Biz yaxşı anlayırıq ki, bu dünyada hər şey, o cümlədən bu və ya digər dövlətin tanınması ilə bağlı mövqelər də dəyişir", - Rusiya prezidenti bəyan edib.

Xəbər lenti

Xəbər lenti