...

Yuliya Timoşenko izahat vermək üçün Ukraynanın Baş Prokurorluğunda olub

Dünya xəbərləri Materials 11 Sentyabr 2008 13:31 (UTC +04:00)

Ukrayna, Kiyev, 11 sentyabr / Trend , müxbir Z.Novosvitski/ Bu gün Ukraynanın Baş naziri Yuliya Timoşenko çağırışa əsasən Baş Prokurorluğun xüsusi əhəmiyyətli işlərin təhqiqatı üzrə Baş İdarəsinə Ukrayna prezidenti Viktor Yuşenkonun zəhərlənməsi cinayət işi üzrə izahat vermək üçün gəlib.

Timoşenko Baş Prokurorluğun girişində Kiyev vaxtilə 10.00-da olub.

O, müstəntiqin yanına çağırılmasını şərh edərkən bildirib ki, "Prezident seçkilərdə özünə rəqib bildiyi şəxsi eyni vaxtda milli xəyanət və Kremlin xeyrinə cəsusluqda günahlandırırlarsa, indi isə Viktor Andreyeviç Yuşenko özünün zəhərlənməsi ilə bağlı məni prokurorluğa çağırtdırırsa, mən elə gəlir ki, burada şərh vermək yersizdir. Hər şey elə belə də aydındır. Lakin mən qanuna əməl edən bir şəxs kimi, sözsüz ki, Baş Prokurorluğa gəlmişəm".  

Timoşenkonun sözlərinə görə, bu məsələ ilə bağlı artıq ikinci dəfədir sorğu-suala çağrılır.

Xəbər lenti

Xəbər lenti