...

Rusiya Abxaziya və Cənubi Osetiyanı qanuniləşdirmək imkanından məhrum edilməlidir - Gürcüstan parlamentinin spikeri

Dünya xəbərləri Materials 18 Sentyabr 2008 16:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Rusiyaya işğal edilmiş əraziləri qanuniləşdirmək imkanı verilməməlidir. Bu barədə Gürcüstan parlamentinin sədri David Bakradze Brüsselə səfərindən sonra bəyan edib.

Bakradze səfərinin gedişində Avropa İttifaqı müşahidəçilərinin yerləşdirilməsi planını Aİ və Avropa Parlamentinin ali nümayəndələri ilə birlikdə razılaşdırıb.

"Bizim vəzifəmiz Rusiyaya yaranmış vəziyyəti qanuniləşdirməyə imkan verməməkdən ibarətdir. Müşahidəçilərin mandatında Aİ müşahidəçilərinin, Abxaziya və Tsxinvali regionu daxil olmaqla, bütün Gürcüstan ərazisində yerləşdirilməsinin yazılması çox vacibdir", - Bakradze bəyan edib.

Brüsselə Gürcüstan parlamentinin spikeri ilə birlikdə, Avropa İttifaqının komissarı Havyer Solana ilə ayrıca görüş keçirmiş vitse-spikerlər Mixail Maçavariani və Levan Venxvadze də gediblər.

"Solananı anti-böhran Şurasının formatı ilə tanış etmişik. O, bu Şuranın daxil olan humanitar yardıma monitorinq etməsi faktını dəstəkləyib, müxalifət və hakim partiyanın birgə səyləri nəticəsində, ölkədəki mövcud böhranın dəf ediləcəyini qeyd edib", - Venxvadze vurğulayıb.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.  

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti