Türkiyə, Ankara, 03 noyabr/ Trend , müxbir A.Ələsgərov/ Türkiyə prezidenti Abdullah Gül İzmirdədir. O, burada işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirir. "Türkiye" qəzetinin verdiyi xəbərə görə, sabah Gül İstanbula yola düşəcək və burada Livanın Baş naziri Fuad Sinyoranı qəbul edəcək.
Sinyoranın səfəri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti əsasında keçir. Səfər çərçivəsində, iki ölkə arasında münasibətlər, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə edilib. Fuad Sinyoranı Livanın daxili işlər, səhiyyə və maliyyə nazirləri müşayiət edirlər.