...

Vaşinqton Abxaziya və Cənubi Osetiyada beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə tərəfdardır - ABŞ dövlət katibinin köməkçisi

Dünya xəbərləri Materials 20 Noyabr 2008 08:53 (UTC +04:00)

Buş administrasiyası çoxsaylı beynəlxalq hərbi müşahidəçilərin təkcə Gürcüstan ərazisində deyil, həmçinin Abxaziya və Cənubi Osetiyada yerləşdirilməsinə tərəfdardır. Belə bir bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Deniel Frid çıxış edib.

Fridin sözlərinə görə, ABŞ hesab edir ki, AB və ATƏT müşahidəçiləri gürcü-osetin və gürcü-abxaz münaqişələri zonalarında mövcud gərginliyin azalmasına təsir göstərirlər. O qeyd edib ki, Vaşinqton bu müşahidəçilərə Cənubi Osetiyaya daxil olmaq üçün imkanın yaradılmasını zəruri sayır.

"Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı genişləndiriləcək. Əgər bu iş yaxşı təşkil edilsə, bundan yalnız xeyr ola bilər", - deyə Frid vurğulayıb.

Frid həmçinin etiraf edib ki, müvafiq təşəbbüslər heç də məsləhətləşmələrin bütün iştirakçıları tərəfindən dəstəklənməyib. "Həmin məsələ ilə bağlı yetərincə canlı fikir mübadiləsi olub", - deyə o vurğulayıb. ( İTAR-TASS)

Xəbər lenti

Xəbər lenti