...

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəyə gələcək

Dünya xəbərləri Materials 23 Noyabr 2008 14:13 (UTC +04:00)

Ermənistan prezidenti Serj Sarkisyan Dünya kubokunun seçmə qrup mərhələsi çərçivəsində Türkiyə və Ermənistan milli komandaları arasında 2009-cu ilin oktyabr ayında İstanbulda keçiriləcək matçını izləmək üçün Türkiyəyə gələcək. Bu barədə Ermənistanın Gənclik və Idman naziri Armen Qriqoryan deyib, Türkiyənin "Yeni Şəfəq" qəzeti məlumat yayıb.

Qriqoryanın sözlərinə görə, Türkiyədən bu matçı izləmək üçün dəvət var və Ermənistan prezidenti Türkiyəyə gələcək.

Digər tərəfdən, Qriqoryanın "Hürriyyət" qəzetinə verdiyi müsahibədə Sarkisyanın İstanbula gəlib-gəlməyəcəyi məsələsinə toxunulmayıb. Yerli müşahidəçilər hesab edirlər ki, Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın noyabrın 24-də İstanbulda Türkiyənin xarici işlər naziri Əli Babacanla keçirəcəyi görüşdə Sarkisyanın səfərinin mümkünlüyü məsələsi də müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti