...

Viktor Yuşenko Ukrayna prezidentinin Ali Rada tərəfindən seçilməsinin əleyhinədir

Dünya xəbərləri Materials 2 Dekabr 2008 03:18 (UTC +04:00)
Viktor Yuşenko Ukrayna prezidentinin Ali Rada tərəfindən seçilməsinin əleyhinədir

Ukrayna prezidenti Viktor Yuşenko dövlət başçısının parlament tərəfindən seçilməsinin əleyhinədir. Bu xəbəri "Vesti" yayıb. Bazar ertəsi axşam o bəyan edib ki, "mən əminəm, Ukrayna kimi unitar dövlət üçün, bu, azadlıq və demokratiyaya sarsıdıcı zərbə olacaq".

Yuşenkonun sözlərinə görə "ölkədə milli, müxtəlif ərazilərin və müxtəlif təbəqələrin balansını təmin edən heç olmasa bir vəzifə mövcud olmalıdır". Eyni zamanda İTAR-TASS-ın məlumatına əsasən, prezident Konstitusiya islahatının keçirilməsinin tərəfdarıdır. O, ölkənin Ali Qanununun yeni redaksiysının hazırlanması üçün parlament və qeyri-parlament qüvvələrindən, Konstitusiya hüququ mütəxəssisləindən, cəmiyyətin nüfuzlu şəxslərindən ibarət milli komissiyanın yaradılmasına çağırıb.

Xəbər lenti

Xəbər lenti