...

Kaxa Lomaya Gürcüstan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib

Dünya xəbərləri Materials 6 Dekabr 2008 10:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 dekabr / Trend , müxbir N.Kirtsxaliya / Şənbə günü Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili, Kaxa Lomayanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa verməsi barədə xəbəri təsdiq edib. Baş nazir "İmedi" telekanalının birbaşa efirindən bildirib ki, Lomaya diplomatik işə keçiriləcək.

"Hələlik bu məsələ ilə bağlı məsləhətləşmələr getdiyindən, Lomayanın gələcək iş yeri ilə bağlı məlumatı konkretləşdirə bilmərəm", - o deyib.

Baş nazir deyib ki, Təhlükəsizlik Şurasının katibi ilə bağlı bu qərar prezidentin səlahiyyətindədir və qərarı prezident qəbul edib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti