...

Saakaşvilinin hakimiyyəti qəsb etməsi növbədənkənar prezident seçkilərini zəruri edir –  Nino Burcanadze

Dünya xəbərləri Materials 26 Dekabr 2008 20:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Saakaşvili hakimiyyəti qəsb etdiyi üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi prinsipial olaraq vacibdir", - "Demokratik Hərəkat - Vahid Gürcüstan"ın lideri Nino Burcanadze partiyanın bu gün Rustavidə keçirdiyi Kvemo Kartli konfransında bildirib.

Onun sözlərinə görə, dövlətin başında yüksək rəyi dinləyə bilən və ölkəni mövcud vəziyyətdən çıxarmağı bacaran insan olmayanadək, ölkədə heç bir şey dəyişməyəcək və demokratik dəyişikliklər olmayacaq. "Mən növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyini cəmiyyətə başa salmaq üçün bütün ölkəni gəzməyə hazıram. Bu gün ölkədə həyəcanlı vəziyyət var və dövlətin xilası lazımdır", - Burcanadze deyib.

Onun sözlərinə görə, yalnız növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə ölkədə heç bir şey dəyişməyəcək.

"Parlament seçkiləri yalnız prezident seçkilərindən sonra keçirilərsə, məna kəsb edəcək", - o əlavə edib.

Burcanadzenin sözlərinə görə, o, gələn ilin yazında növbədənkənar seçkilərin təyin edilməsi üçün bütün Konstitusiya yollarından istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti