...

Xocalı soyqırımı Şimali Kiprdə pisləndi

Dünya xəbərləri Materials 30 Dekabr 2008 12:44 (UTC +04:00)

Şimali Kiprdə yaşayan azərbaycanlılar və kiprli türklər Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı törərdikləri soyqırımı pisləyiblər. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat verib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən Şimali Kipr parlamentinin deputatları və ziyalılar dünya ictimaiyyətinin bugünədək Xocalı soyqırımına həqiqi qiymət vermədiyini vurğulayıblar. Tədbirin Azərbaycan - Şimali Kipr Dostluq Dərnəyi tərəfindən təşkil olunduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti