...

Müharibənin başa çatmasından sonra ilk dəfə Aşkelon qrad atəşinə məruz qalıb

Dünya xəbərləri Materials 3 Fevral 2009 12:03 (UTC +04:00)

Çərşənbə axşamı İsrailin cənubunda, Qəzzə Zolağı ilə sərhəddə yerləşən Aşkelon şəhəri HƏMAS tərəfindən qrad mərmiləri atəşinə məruz qalıb. Bu barədə İsrailin "Qaarets" qəzeti məlumat verib.

Üç israilli şok vəziyyətində xəstəxanaya çatdırılıb, həmçinin yaşayış obyektlərinin dağılması barədə məlumat var.

İsrail KİV-nin məlumatına göprə, bazar ertəsi Qəzzə ərazisindən Şaar Haneqevə ərazisinə bir neçə əldəqayırma "Qəssam" raketləri atılıb, zərər çəkən olmayıb.

Bu, HƏMAS üzvlərinə qarşı Qəzzə Zolağında İsrail ordusunun 22 günlük "Ərimiş Qurğuşun" adlı hərbi əməliyyatlarının başa çatmasından sonra Aşkelona atılan ilk qrad mərmiləri olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti