Uqo Çaves prezidentin seçilməsinə dair qadağaların ləğvi ilə bağlı referendumda qalib gəlib. RİA Novosti agentliyinin məlumatına görə, bu haqda Venesuelanın Milli Seçki Şurasının sədri Tibisay Lusena xəbər verib.
"İlkin nəticələrə əsasən qadağaların aradan götürülməsi üçün 54 faiz seçici səs verib", - deyə Lusena bildirib.
Uqo Çaves jurnalistlərə açıqlamasında demişdir ki, referendumda onun siyasi gələcəyi həll olunur, həmçinin ölkənin gələcəyi müəyyənləşdirilir. Prezidentin sözlərinə görə, referendumda Venesuelanın azad, müstəqil, sosialist ölkə olub-olmayacağına aydınlıq gətiriləcək.