...

Medvedevə ünvanlanan məktubda "xidmətlər mübadiləsi" haqda təklif yer almamışdır - Obama

Dünya xəbərləri Materials 3 Mart 2009 23:38 (UTC +04:00)
Medvedevə ünvanlanan məktubda "xidmətlər mübadiləsi" haqda təklif yer almamışdır - Obama

ABŞ prezidenti Barak Obama çərşənbə axşamı bəyan edib ki, kütləvi informasiya vasitələri onun Rusiya prezidenti Dmitri Medvedevə müraciətinin məğzində yanlışlığa yol veriblər. Bu haqda xəbəri RİA Novosti Röyters agentliyinə istinadən yayıb.

Bazar ertəsi günü New York Times-dakı məqalədə Obamının məktubunda Rusiyanın İranın nüvə probleminin həllindəki yardımı əvəzində ABŞ-ın RƏM elementlərinin Avropada yerləşdirilməsi niyyətindən vaz keçməyə hazır olduğu bildirilirdi.

Obamanın sözlərinə görə, məktubda "xidmətlər mübadiləsi" ilə bağlı təklif yer almayıb.

Rusiya dövlət başçısının mətbuat katibi Natalya Timakova təsdiq etmişdir ki, Medvedev Obamadan məktub alıb. Lakin o həmin məktubda qarşılıqlı öhdəliklərə dair konkret təşəbbüslər yer almadığını deyib.

Xəbər lenti

Xəbər lenti