...

Gürcüstanda Avropaya satmaq məqsədi ilə timsah yetişdirilir

Dünya xəbərləri Materials 9 Mart 2009 15:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 mart / Trend , müxbir N. Kirtsxaliya /

Gürcüstanda timsah yetişdirmək qərarına gəliblər. Gürcüsatn-Almaniya müəssisəsi "Jakar" sürünənlərin ətini və dərisini Avropa bazarında satmaq niyyətindədir.

Belə firmalardan birincisi Gürcüstanın qərbində isti iqlimin hakim olduğu Zuqdididə açılıb. Yeni müəssisəyə qoyulan ilkin sərmayə 12 min avro təşkil edib. Timsah fermasının qurucuları qazanc əldə etməyə ümid edirlər. Belə ki, Avropada timsah ətinin bir kiloqramı 40 avro, dərisi isə 5 min avro təşkil edir.

Zuqdididəki fermada artıq 50 timsah yerləşdirilib. Lakin istehsalın gəlirliliyi üçün sürünənlərin sayını 500-ə çatdırmaq vacibdir.

Gürcüstana əvvəllər dəvəquşu ferması tikilmişdi və onların ətinə Tbilisi restoranları tərəfindən böyük tələbat vardı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]  

Xəbər lenti

Xəbər lenti