...

Türkiyə "Nabukko" layihəsini həyata keçirmək niyyətindədir - nazir

Dünya xəbərləri Materials 18 Mart 2009 16:06 (UTC +04:00)

Türkiyə təbii qazın Rusiya ərazisindən keçməklə Xəzərdən Avropaya nəqli üzrə "Nabukko" layihəsinin həyata keçirilməsinin tərəfdarıdır. Bu barədə ölkənin enerji naziri Hilmi Gülər RİA Novosti-yə bildirib.

"Bizim hədəfimiz "Nabukko" layihəsinin həyata keçirilməsidir. Mənbələrin (enerji daşıyıcılarının) harada yerləşməsindən asılı olmayaraq ona ehtiyac varsa, o, dərhal həyata keçirilməlidir", - Ankarada jurnalistlərə müsahibəsində nazir bildirib.    

7,3 milyard dəyərində olan "Nabukko" layihəsi təbii qazın Xəzər hövzəsindən Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya nəqlini nəzərdə tutur. Layihə artıq inşa edilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı olacaq. "Nabukko" qaz kəməri vasitəsilə ildə 20-30 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.

Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanacaq, qazın nəqli isə 2014-cü ildən etibarən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti