...

ABŞ siyasətində ciddi dəyişiklik müşahidə etmirik - İran spikeri

Dünya xəbərləri Materials 18 Mart 2009 18:12 (UTC +04:00)

ABŞ-ın Qəzza hadisələri və regionda baş verən bəzi məsələlər ilə bağlı münasibətləri, bu ölkənin siyasətində ciddi dəyişikliklərin olmamasından xəbər verir, - deyə İran Parlamentinin sədri Əli Laricani bildirib. Bu barədə İranın dövlət radiosu məlumat yayıb.

Laricani jurnalistltlərin "ABŞ tərəfindən İrana qarşı sanksiyaların müddəti artırılıb, bu məsələ İran və ABŞ danışıqlarına necə təsir edəcək" sualının cavabında bildirib ki, dəyişikliklər şüarı ilə bağlı ABŞ rəsmiləri tərəfindən müxtəlif çıxışlar olur, lakin bizim fikrimizcə əsas odur ki, dəyişikliklər əməldə olsun.

Laricani əlavə edib ki, ABŞ rəsmilərinə region və İran həqiqətlərini qəbul etməyə çağırıram. "İndi inşa yazmaq vaxtı deyil, dəqiq və hesablanmış şəkildə addım atmaq lazımdır", - deyə Laricani bildirib.

O, ABŞ rəsmilərini İran xalqının hüquqlarından olan sülhyönlü nüvə proqramının davam etdirmək istəyinə hörmətlə yanaşmağa çağırıb. "ABŞ rəsmiləri artıq tamah göstərməsinlər, belə fikirləşməsinlər ki, keçmişdə olduğu kimi indi də təkqütblülüklə dünyaya hökmranlıq edə biləcəklər", - deyə Laricani bildirib.

Xəbər lenti

Xəbər lenti