...

YUNESKO-nun qərargahında Daşkənd şəhərinin yubileyi münasibəti ilə təqdimat mərasimi keçiriləcək

Dünya xəbərləri Materials 18 Mart 2009 20:31 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 18 mart / Trend , müxbir T.Jukov /

YUNESKO-nun Parisdəki qərargahında aprelin 1-dən 10-na kimi Özbəkistanın paytaxtı Daşkənd şəhərinin yubileyi münasibəti ilə təqdimat mərasimi keçiriləcək, - bu barədə Trend -a Özbəkistanın Mədəniyyət və İdman Nazirliyi məlumat verib.

Təqdimat şəhərin 2200 illiyinə həsr olunub. Tədbir Mədəniyyət Nazirliyinin və Özbəkistanın YUNESKO-dakı nümayəndəliyi, ölkə başçısının kiçik qızı Lola Tillayevanın başçılığı altında keçirilib. YUNESKO-da Daşkənd həftəsi Özbəkistanın incəsənət və folklor ifaçılarının təntənəli konserti ilə tamalanacaq.

Əvvəllər buna bənzər təqdimatlar YUNESKO-nun Cenevrədəki Avropa nümayəndəliyində həyata keçirilmişdi. Bu "Özbəkistanın Mədəniyyət və İncəsənət Forumu" fondunun himayədarlığı ilə baş tutmuşdu. 

Fondun qəyyumluq şurasının sədri Özbəkistan Prezidentinin böyük qızı Gülnarə Kərimovadır.

"YUNESKO-nun baş konfransının 34-cü sessiyasının qərarına müvafiq olaraq, mayda beynəlxalq cəmiyyət Daşkəndin 2200 illiyini qeyd edəcək", - Mədəniyyət Naziri bildirib. Ötən ilin aprel ayında ölkə Prezidenti İslam Kərimov Özbəkistan paytaxtının yubileyinin qeyd olunması haqqında xüsusi sərəncam verib. Sənəd əsasında Daşkənddə tarixi abidələrin bərpası, onun abadlığı, müasir yeni obyektlərin tikintisi, şəhərin sosial infrastrukturunun inkişafı tədbirlərinin planı təsdiqlənib.

Yubiley çərçivəsində "Dünya sivilizasiyasında Daşkəndin rolu" adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılıb. Bu konfransda iştirak üçün Özbəkistan hökuməti məşhur əcnəbi alimlər və mütəxəssislərin cəlb olunması niyyətindədir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti