...

Ehud Olmert Netanyahunu əsas məsələlərlə bağlı işləri davam etdirməyə çağırıb

Dünya xəbərləri Materials 29 Mart 2009 17:27 (UTC +04:00)

İsrailin "Jerusalem Post" qəzetinin yazdığına görə, bu gün Nazirlər Kabinetinin sonuncu iclasında İsrailin hazırki Baş naziri Ehud Olmert yeni hökumətin formalaşdırırılması tapşırılan Benyamin Netanyahunu əvvəlki hökumətin əsas problemlərinin həlli istiqamətində apardığı işlərini davam etdirməyə çağırıb.

Qəzet yazır ki, Olmert Netanyahuya çərşənbə günü Knessetdə and içəcək yeni hökumətdə uğurlar arzulayıb.

"Vaxtilə baş nazir postuna təyin olunanda bunun çətin və məhsuliyyətli vəzifə olduğunu Netanyahu mənə demişdi", - Olmert deyib.

"Jerusalem Post" dərgisinin yazdığına görə, nəsildən-nəslə İsrail hökumətinin İsrailin sülh və firavanlıq içində yaşaması üçün etdiklərinin yeni hökumət tərəfindən də davam etdiriləcəyinə Olmert əminliyini bildirib.

İclas çərçivəsində ədliyyə naziri postunu tərk edən Daniel Fridman HƏMAS təşkilatının İsrail həbsxanalarında həbsdə olan fəallarının saxlanma şəraitinin ağırlaşdırılması istiqamətində tövsiyələrini verəcək.

Bu tədbir HƏMAS-ın əsrlikdə olan İsrail hərbçisi Qilad Şalitin azad olunması ilə bağlı qapalı danışıqlardan imtina etdiyi üçün görülür. 

Fridman deyib ki, Şalitin azad olunması istiqamətində atılan addımlar beynəlxalq normalara cavab verməlidir.

"İsrail beynəlxalq və yerli hüquqa əsaslanacaq. Bu mərhələdə biz dövrlərarası məruzə təqdim edəcəyik və ümidvaram ki, məruzə hazırki hökumətin fəaliyyət müddəti bitənədək imzalanacaq", - Fridman İsrail radiosuna bildirib.

O, qeyd edib ki, İsrail Qırmızı Xaç təşkilatına dustaqları ziyarət etməkdə maneələr yaratmayacaq.

Xəbər lenti

Xəbər lenti