...

İsrail hökuməti fələstinli dustaqların saxlanma şərtlərinin sərtləşdirilməsi üzrə qərar qəbul edib

Dünya xəbərləri Materials 29 Mart 2009 17:54 (UTC +04:00)

İsrail hökuməti bazar günü keçirilən sonuncu iclasında İsrail həbsxanalarında dustaq olan HƏMAS üzvlərinin saxlanma şərtlərinin sərtləşdirilməsi barədə qərar qəbul edib. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti yazır.

Qərar ədliyyə naziri Daniel Fridmanın təklifi ilə qəbul olunub.

Ədliyyə Nazirliyi rəhbərinin sözlərinə görə, "hətta İsrail Yaxın Şərqdə yeganə demokratik dövlət olsa belə, bu o demək deyil ki, o, zəiflik göstərməlidir".

Bu tədbir 2006-cı ildə ələ keçirilən İsrail karpalı Qilad Şalitin azad olunması barədə razılığın əldə olunması üçün İsrail və HƏMAS arasında qapalı danşıqlardan imtinaya cavabdır.

Hökumətin qərarına əsasən, məhbusların yaxınlarının onları ziyarət müddəti azaldılacaq, radio və televiziya verilişlərinin dinlənməsi və onlara baxılması, həmçinin həbs müddəti ərzində təhsil ləğv ediləcək.

Fridman İsrail radiosuna müsahibəsində bildirib ki, bu qərar "beynəlxalq və yerli qanunvericiliyə müvafiq olaraq" qəbul olunub.

İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında Şalitin azad edilməsi barədə son danışıqlar Qahirədə ayın ortalarında başa çatıb. İsrail HƏMAS-ın İsrail karpalının əvəzində 450 Fələstin məhbusunun azad edilməsinə dair şərtlərindən imtina edib.

Xəbər lenti

Xəbər lenti