...

Türkiyə mədəniyyətlərarası dialoqun aparılmasında vacib ölkədir – NATO-nun yeni seçilmiş baş katibi

Dünya xəbərləri Materials 6 Aprel 2009 17:09 (UTC +04:00)
Türkiyə mədəniyyətlərarası dialoqun aparılmasında vacib ölkədir – NATO-nun yeni seçilmiş baş katibi

Şimali Atlantika alyansının yeni seçilmiş baş katibi Andres Foq Rasmussen hesab edir ki, Türkiyə Yaxın Şərq, Cənubi Avropa və Mərkəzi Asiya arasında həlledici rol oynayır və bu səbəbdən Türkiyə mədəniyyətlərarası dialoqun irəliləməsi üçün vacib ölkədir. 

"Vacib strateji tərəfdaş olan Türkiyə ilə sıx əməkdaşlıq edəcəyəm", - Rasmussen İstanbulda keçirilən "Sivilizasiyaların alyansı" forumunda deyib. Məlumatı Türkiyənin TRT-2 telekanalı yayıb.

Onun sözlərinə əsasən, NATO-nun təhlükəsizlik problemi əvvəllər olduğundan çətindir və hərbi yolla həll oluna bilməz.

"Hərbçilər və vətəndaş cəmiyyəti arasında dialoqa böyük ehtiyac var. Bu səbəbdən müsəlmanlarla birbaşa konstruktiv dialoqa ehtiyac yaranıb", - Rasmussen qeyd edib.

Rasmussenə görə, mədəniyyətlərarası dialoqa digər səbəb isə ekstremizmə qarşı aparılan birgə beynəlxalq tədbirlərdir. 

İki günlük "Sivilizasiyaların alyansı" forumu 30 ölkədən 700-ə yaxın nümayəndənin iştirakı ilə bazar ertəsi İstanbulda işinə başlayıb. Sivilizasiyalar alyansının məqsədi xaçpərəst Qərblə müsəlman Şərq arasında sosial, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi və dini dialoqun aparılmasından ibarətdir.

Alyansın yaradılması təşəbbüsü Türkiyə ilə İspaniya hökumət başçıları tərəfindən irəli sürülüb və BMT tərəfindən dəstəklənib.

Xəbər lenti

Xəbər lenti