...

Ermənistan tərəfindən işğal edilən Azərbaycan əraziləri azad olunmayınca, Yerevanla hər hansı bir iş birliyi ola bilməz - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 9 Aprel 2009 11:14 (UTC +04:00)
Ermənistan tərəfindən işğal edilən Azərbaycan əraziləri azad olunmayınca, Yerevanla hər hansı bir iş birliyi ola bilməz - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Ermənistan tərəfindən işğal edilən Azərbaycan əraziləri azad olunmayacağı təqdirdə, Yerevanla hər hansı bir iş birliyinin mümkünlüyünü istisna edib. Bu haqda Türkiyənin HABER27 internet portalı məlumat verib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

"Ermənistanla bir sıra danışıqlarımız oldu. Əsas istəyimiz odur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələdə konkret fikir söyləsin", - deyə Ərdoğöan əlavə edib.

Baş nazir onu da bildirib ki, ölkədə ana müxalifət Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini şişirdir. "Azərbaycanın işğal edilmiş əraziləri azad edilməyənə və Ermənistanla Azərbaycan arasında problem həll olunmayana qədər Ankara-Yerevan münasibətlərinin inkişafı mümkün deyil", - deyə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti