...

ABŞ Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi Obamanı erməni "soyqırımı" sözunu istifadə etməməyə çağırıb

Dünya xəbərləri Materials 23 Aprel 2009 14:21 (UTC +04:00)

Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (CSIS) rəhbər işçisi Stephen Flanagan ölkə başçısı Barak Obamanı aprelin 24-də Konqresdəki nitqi zamanı erməni "soyqırımı" sözunu istifadə etməməyə çağırıb. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

Trend -un arayışı: Ermənilər hər il aprelin 24-də qondarma erməni soyqırımı adlı hadisəni qeyd edir, tarixi saxtalaşdıraraq, Türkiyəyə qarşı əsassız iddialarla çıxış edirlər. Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan 2006-cı ildə Ermənistan Prezidentinə erməni "soyqırımı"nın öyrənilməsi məqsədilə tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təklifi ilə müraciət etsə də, erməni tərəfi bu təklifdən imtina etmiş və bildirmişdi ki, "soyqırım" məsələsinə şübhə ilə yanaşmır.

"Soyqırım" sözünün istifdadə edilməsi Türkiyə ilə ABŞ əlaqələrinə mənfi təsir edəcək", - deyə Flanagan bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti