...

Netanyahu siyasəti İsrail-Aİ münasibətlərinə zərər vurdu

Dünya xəbərləri Materials 23 Aprel 2009 20:26 (UTC +04:00)

Müstəqil Fələstin dövlətinin yaradılmasının əleyhinə olan Benyamin Netanyahunun xarici siyasət kursu İsraillə Avropa İttifaqı arasındakı əməkdaşlığa böyük ziyan vurub. Bu barədə İsrailin "Haarets" qəzeti yazıb.

Qəzet yazır ki, Annapolisdə 2007-ci ilin sonunda keçirilmiş və iki dövlətin varlığı probleminin həllinə istiqamətlənmiş konfrans İsrailə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı gücləndirmək imkanı verdi. Aİ ilə İsrailin sıx əməkdaşlığında başlıca yeri Avropa liderləri və XİN rəhbərləri ilə keçirilən görüşlərlə İsrailin Avropa ittifaqının təşkil etdiyi proqramlarda iştirakı tutub.

Lakin İsrail xarici işlər nazirinin ötən həftəki məruzəsi göstərdi ki, Təl-Əvivin Qəzza zolağında həyata keçirdiyi "Əridilmiş qurğuşun" hərbi əməliyyatından sonra bir sıra Avropanın diplomatik dairələri İsrail hökumətinin mövqeyini nəzərə alaraq Aİ ölkələrini əlaqələrin dondurulmasına çağırıblar.

Artıq dörd Avropa ölkəsi İsrail Fələstin dövlətinin yaradılmasını inkar edəcəyi halda Təl-Əvivlə əlaqələrin genişləndirilməsini dayandıracaqlar. İsveç XİN rəhbərinin müavini Robert Ryudberq deyib ki, İsrail sülh prosesini dayandırarsa əməkdaşlığımız sona çatacaq.

"Aİ İsraillə bir şərtlə əməkdaşlıq edəcək - iki dövlətin (yəhudi və Fələstin) varlığını təsdiq edən proqram işləndikdən sonra", - Ryudberq İsrailin xarici işlər naziri müavini Den Ayyalonla görüş zamanı deyib.

Xəbər lenti

Xəbər lenti