...

Dağlıq Qarabağ azad edilmədən Ermənistanla sərhədlər açılmayacaq - Türkiyənin Baş naziri (TƏCİLİ)

Dünya xəbərləri Materials 9 May 2009 16:17 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ işğaldan azad edilməyincə açılmayacaq.Bu haqda Türkiyənin CNN TÜRK telekanalı məlumat verib.

"Azərbaycan və Türkiyə qardaşlığı heç bir vaxt müzakirə mövzusu olmayıb", - deyə Ərdoğan bildirib.

Trend -un arayışı:  İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Baş Nazir onu da qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində heç vaxt spekulyasiyalara yer verməyib və bundan sonra da verməyəcək.

"Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağ işğal edildiyinə görə bağlayıb", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti