...

Cimmi Karter Livandakı seçkilərin gedişini izləyəcək

Dünya xəbərləri Materials 12 May 2009 18:19 (UTC +04:00)

ABŞ-ın sabiq Prezidenti Cimmi Karterin rəsmi nümayəndələri çərşənbə axşamı xəbər veriblər ki, o, iyunun 7-də Livanda baş tutacaq parlament seçkilərindən bir neçə gün əvvəl oraya yollanacaq. "Jerusalem Post" İsrail qəzeti məlumat verib.

ABŞ-ın sabiq Prezidenti Livana The Carter Center-in nümayəndəsi kimi yollanacaq. Bu mərkəz parlament seçkilərinin gedişini izləyəcək.

Seçkilərdə əsas rəqiblər parlament çoxluğuna malik "14 mart" qərbyönlü koalisiyası və İranla Suriya tərəfindən dəstəklənən "Hizbullah" müxalifət partiyalarıdır.

Xəbər lenti

Xəbər lenti