Türkiyə Prezidenti Abdulla Gül sloveniyalı həmkarı Danilo Türk ilə görüşü zamanı 1990-ci ilin əvvəllərində Rifah Partiyası zamanı itirilmiş trilyonla heç bir əlaqəsi olmadığını bildirib.Bu barədə Türkiyənin TRT2 telekanalı məlumat verib.
Trend -un arayışı: Türkiyə məhkəməsi ölkə Prezidenti Abdulla Gülün 10 il bundan əvvəl səs salmış "itən trilyon"a dair iş üzrə mühakimə olunmasını tələb edib. Bu barədə NTV telekanalı məlumat verib.
Türkiyədə "itən trilyon" barədə qalmaqal 1990-cı illərin ikinci yarısında baş verib və bu qalmaqal o zaman ölkəni islamlaşdırma cəhdinə görə Konstitusiya Məhkəməsi tərəfindən buraxılan islamyönlü hakim Rifah Partiyasının hesabından itən pullarla bağlıdır. O zaman partiya rəhbərlərindən biri olan Gül və Rifah Partiyasnın deputat toxunulmazlığı alan bir çox nümayəndələri təqribən altı il bundan öncə başa çatan məhkəmə istintaqından yayınmağa müvəffəq olmuşdular.
Məhkəmənin qərarı Türkiyənin Ədliyyə Nazirliyinə göndəriləcək. Bu iş üzrə yekun qərarı Apellyasiya Məhkəməsi verəcək.
Türkiyə Prezidenti onu da qeyd edib ki, bu kimi məsələlərin müzakirə olunması Türkiyənin beynəlxalq aləmdə nüfüzuna xələl yetirir.