...

Gürcüstan XİN Türkiyədən izahat tələb edir

Dünya xəbərləri Materials 26 May 2009 12:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 may / Trend , müx. N.Kirsxalia /

Gürcüstan XİN Türkiyənin bu ölkədəki səfirindən İtaliya firması "Beneton"nun Türkiyə nümayəndəliyinin Suxumidə mağaza açması ilə bağlı izahat verməsini tələb edib.

Gürücstanın xarici işlər naziri Qriqol Vaşadzenin bu gün brifinqdə məlumat verdiyinə görə, nazirin müavini Aleksandr Nalbandov bu gün Türkiyənin səfiri ilə görüşüb və ona Gürcüstan tərəfinin tələbnaməsini təqdim edib. "Anoloji olaraq tələbnamə İtaliya səfirinə də təqdim ediləcək", - o bildirib.

Nazir bildirib ki, Gürcüstan tərəfi işğal edilmiş ərazilərdə kommersiya fəaliyyətinin əleyhinə deyil, lakin bu, Gürcüstan qanunvericiliyinə tam əməl edilməsi şəraitində baş verməlidir.

"Onlar Gürcüstanda qeydiyyata alınsınlar və bizim razılığımız çərçivəsində fəaliyyət göstərsinlər", - Vaşadaze bildirib. O həmçinin bəyan edib ki, "bu həyasızlığın qabağını almaq" üçün Gürcüstan tərəfinin bütün imkanları var.

Onun sözlərinə görə, mövcud fakta hüquqi və kommersiya qiyməti tətbiq olunacaq.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti