...

ABŞ Fələstin-İsrail danışıqlarının dərhal bərpa olunmasını tələb edir

Dünya xəbərləri Materials 8 İyun 2009 16:16 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama Yaxın Şərqdə çoxtərəfli sülhə nail olmaq üçün  "Fələstin və İsrail arasında təxirəsalınmaz danışıqlar" aparılmasını istəyir. Bu barədə bazar ertəsi Osloda (Norveç) ABŞ-ın regiondakı xüsusi diplomatik nümayəndəsi Corc Mitçel bildirib, İsrailin "Haarets" qəzeti məlumat verir. 

"Prezidentlər mənə bildirdilər ki, dilaoqun başlanmasına şərait yaratmaq məqsədi ilə bütün imkanlardan istifadə olunmalıdır", - deyə Mitçelm Fələstin üçün donor ölkələrin konfransının açılışında jurnalistlərə bildirib.

Mitçel qeyd edib ki, bu danışıqlarda əsas məqsəd ABŞ-ın təhlükəsizlik maraqlarına da cavab verəcək İsrail və onun qonşuları arasında "çoxcəhəli sülhün və bütün münasibətlərin normalaşdırılması"na nail olmaqdır.

Çərşənbə axşamı İsrail və ABŞ hökuməti arasında fikir ayrılığına səbəb olan Qərb Sahilində yaşayış məntəqələrinin salınması məsələsini müzakirə etmək məqsədi ilə xüsusi diplomatik nümayəndə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Obama tikintinin dərhal dayandırılmasına çağırsa da, Netanyahu tikitinin "daimi təbii çoxalma" səbəbindən davam etdirilməsində təkid edir.

Mitçelin sözlərinə görə, konfransın məqsədi Fələstin hökumətinə dəstək və yardımın göstərilməsi və İsrail ilə gələcək sülh prosesində razılaşmadır.
"Yaxın zamanlarda müstəqil və yaşamağa qabil Fələstin dövlətinin yaradılması üçün institut və dövlət idarələrinin yaradılması da vacibdir", - deyə Mitçel bildirib.

Xəbər lenti

Xəbər lenti