...

İranda seçkilərin şəffaf keçiriləcəyi barədə bəzi narahatlıqlar qalır – prezidentliyə namizədlə müsahibə

Dünya xəbərləri Materials 10 İyun 2009 09:04 (UTC +04:00)
İranda seçkilərin şəffaf keçiriləcəyi barədə bəzi narahatlıqlar qalır – prezidentliyə namizədlə müsahibə

Azərbaycan, Bakı, 9 iyun / Trend müxbir Т.Cəfərov/

Prezidentliyə namizəd, "Etemad Melli" partiyasının sədri Mehdi Kərrubinin Trend -un fars redaksiyasına eksklüziv müsahibəsi

- Müsahibələrinizdən birində demişdiniz: "Ordu, Sepah və BASİC bizim üçün əzizdirlər, ancaq azad seçkilər keçirməyə imkan verin". Siz hərbçilərin müdaxiləsi olmadan şəffaf seçkilərə inanırsınızmı?

- İran İslam Respublikasının qanunlarına və İmam Xomeyninin vəsiyyətlərinə görə, hərbçilərin (ordu, Sepah, polis və BASİC) seçkilər prosesinə qarışması qadağandır. Bundan çıxış edərək, seçkilərin təşkilatçıları və iştirakçı namizədlər hərbçilərin seçkilərə qarışmamaları üçün şərait yaratmamalıdırlar. Bu sahədə ümumi problemlər aradan qaldırılıb, ancaq hələ də İranda seçkilərin şəffaf keçiriləcəyi barədə bəzi narahatlıqlar qalır.

- Siz İranın Qərb ölkələri və ABŞ-la əlaqələrini necə dəyərləndirirsiniz? Bu münasibətlərin yaxşılaşdırılması üçün sizin proqramınız necədir?

- Prezident seçilərəmsə, həyata keçirmək niyyətində olduğum dövlət proqramları əsasında İran İslam Respublikasının milli maraqları nəzərə alınmaqla, xarici siyasətdəki problemlər aradan qaldırılacaq və mehriban qonşuluq və sülhsevər siyasət həyata keçiriləcək. Bu mövqedən mən ABŞ kimi ölkə ilə münasibətləri yaxşılaşdırmağa çalışacağam. Ancaq bütün bunlar ədalətlə və xalqla məsləhətləşərək həyata keçiriləcək.

- Siz prezidentliyə namizəd kimi qadın təşkilatını yaratmısınız. İranın bir çox qadın təşkilatlarının narazılığına səbəb olmuş qanunlara münasibətiniz necədir və bu cür problemlərin həllində sizin hansı proqramınız var?

- Prezident olacağım təqdirdə, mən ilk dəfə olaraq parlamentdə bir qadının nazir postunu tutmasına və prezident səlahiyyətlərimdən istifadə edərək qadınların ölkəni idarə etməsinə, onların siyasi və ictimai sahələrdə iştirakına mane olan qanunların dəyişdirilməsinə çalışacağam. Xoşbəxtlikdən həm konstitusiya, həm də ölkə qanunvericiliyində bu cür problemlərin həlli üçün potensial var.

- Sizin dördüncü müraciətiniz İranın dini və milli azlıqlarına yönəldilib. Siz İranda dini və milli azlıqların siyasi, ictimai, mədəni, iqtisadi və vətəndaş hüquqlarına riayət olunmasına nail ola biləcəksinizmi?

- Mən milli və dini azlıqlara müraciət etmişəm, onlara bu istiqamətdəki proqramım barədə danışmışam. Seçkilərdə qələbə qazansam, konstitusiyanın İran konstitusiyasının milli və dini azlıqlara həsr olunmuş, fəalliyyətdə olmayan maddələri hərəkətə gətiriləcək. Konstitusiyanın 15 və 19-cu maddələrinin yerinə yetirilməsinə nail olmağa çalışacağam. Bütün iranlıların hüquqlarının təmin edilməsi üçün məndən asılı olan hər şeyi edəcəyəm.

Xəbər lenti

Xəbər lenti